İsveç Türkiyədə törədilən terror aktını pisləyib

İsveç Türkiyədə törədilən terror aktını pisləyib.

APA xəbər verir ki, bu barədə İsveç Baş nazirinin "X" hesabında (keçmiş "Twitter") paylaşım edilib.

"İsveç Ankarada bu gün baş verən terror aktını qətiyyətlə pisləyir. Terrorla mübarizədə Türkiyə ilə uzunmüddətli əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqləyir və yaralananların tez zamanda tam sağalmasını diləyirik", paylaşımda qeyd olunub.