Türkiyə 2026-cı ildə  IAF-a ev sahibliyi etməyə namizəddir.

Türkiyə 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresinə (IAF) ev sahibliyi etməyə namizəddir.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Əhməd Yozqatlıgil IAF-ın XIII Beynəlxalq Sessiyası çərçivəsində mətbuat konfransı zamanı deyib.

"Qərar Azərbaycanda veriləcək. Bu qərar bizim üçün böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.

Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.

Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.

Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.