Ermənistan və İran Təhlükəsizlik Şurası katibləri görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

APA xəbər verir ki, tərəflər ikitərəfli münasibətlər və regional məsələləri müzakirə edib.