Slovakiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Slovakiyanın qərbində yerləşən Senitsa şəhərində ultra yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində təyyarənin ekipaj üzvləri (iki nəfər) həlak olub.

İlkin məlumata görə, faciəyə səbəb pilotun şəhərdəki kotteclərdən birinin yaxınlığında idarəetməni itirməsi olub.