Kreml: Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir

Ermənistanın KTMT və Moskva ilə ikitərəfli mexanizmlərindən başqa yaxşı heç nəyi yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir:

"Rəsmi Moskva İrəvanın ikitərəfli mexanizmlər və KTMT-ni tənqid etməsi ilə razılaşmır. Ermənistanın bu vasitələrdən yaxşı heç nəyi yoxdur".

Peskov Rusiyanın Qarabağ ermənilərinə ürəyinin yandığını və humanitar yardım göstərməyə davam etdiyini söyləyib.