Ağ Ev: Bayden və müttəfiqləri Ukraynaya dəstəyi müzakirə ediblər

ABŞ Prezidenti Co Bayden tərəfdaşları və müttəfiqləri ilə Ukraynaya dəstək mövzusunda görüş keçirib.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin və Polşa prezidenti Anjey Dudanın ofisinin bəyanatında deyilir.

“Bu səhər prezident Bayden bizim Ukraynaya davamlı dəstəyimizi koordinasiya etmək üçün müttəfiqləri və tərəfdaşları ilə görüşüb”, - bəyanatda deyilir.

İclasda Kanada, İtaliya, Yaponiya, Böyük Britaniyanın baş nazirləri, Avropa Komissiyasının rəhbəri, Avropa Şurasının sədri, Almaniya kansleri, Polşa və Rumıniya prezidentləri, NATO-nun baş katibi və Fransanın xarici işlər naziri iştirak ediblər.