Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın Rusiya Federasiyasındakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və respublikada rusdilli KİV-lərə təzyiqlərə görə ona etiraz edilib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Moldova tərəfinə rusdilli mediaya qarşı davam edən siyasi motivli təqiblərlə bağlı kəskin etiraz bildirilib” – məlumatda bildirilir.