Türkiyə və ABŞ müdafiə nazirləri Suriya məsələsini müzakirə ediblər

ABŞ-nin müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Yaşar Gülər ​​ilə telefon danışığında Türkiyə hərbçilərinin Suriyadakı fəaliyyətini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.

“Müdafiə naziri (Lloyd Ostin – red.) Türkiyənin Suriyadakı ABŞ qüvvələrinin yaxınlığındakı fəaliyyətini müzakirə etmək üçün Türkiyə müdafiə nazirinə zəng edib. Nazir əmin edib ki, ABŞ Suriyada yalnız İŞİD-ə qarşı mübarizə çərçivəsində fəaliyyət göstərir”, - o qeyd edib.