Mişeldən Gürcüstan xalqına mesaj: "İslahatlar həyata keçirin"

"Dekabrda biz genişlənmə məsələsini Avropa Şurasının gündəliyinə qoyacağıq və bunu liderlər səviyyəsində müzakirə edəcəyik".

24News.ge xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Siyasi Birliyinin sammitində deyib.

Onun sözlərinə görə, dekabrda genişlənmə məsələsində Gürcüstanla bağlı da mühüm müzakirələr olacaq:

“Bilirsiniz ki, noyabrda Avropa Komissiyası genişlənmə ilə bağlı hesabat dərc edəcək və bu gün mən təsdiq edə bilərəm ki, biz genişlənmə məsələsini dekabrda Avropa Şurasının gündəliyinə qoyacağıq və genişlənmə ilə bağlı bütün məsələləri üzv dövlətlərin liderləri səviyyəsində, o cümlədən Gürcüstan da daxil olmaqla müzakirə edəcəyik".

Avropa Şurasının prezidenti Gürcüstan xalqına mesaj da verib:

“Mən artıq bu suala cavab vermişəm, amma gürcü xalqına yenə demək istəyirəm - İslahatlar həyata keçirin və islahatlarınızın Avropa standartlarına uyğun olduğundan əmin olun. İqtisadi islahatlar, antikorrupsiya islahatları, məhkəmə müstəqilliyi və s. bunlar hər birimiz üçün prioritet məsələdir”, - deyə Mişel vurğulayıb.