Türkiyə ordusunun Livanda qalma müddəti daha 1 il uzadılır

Türkiyə ordusunun Livanda qalmasına dair icazənin müddəti daha bir illik uzadılır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Sənəddə qeyd olunub ki, Türkiyənin töhfəsi həm BMT sistemində, həm regional, həm də qlobal miqyasda və hərtərəfli mülki-hərbi əməkdaşlıq fəaliyyətləri ilə Livanda sülhün və sabitliyin qorunması istiqamətində siyasətinin davam etdirilməsinə xidmət edir.