Ankara Suriya və İraqda hava əməliyyatına başlayır

Türkiyə Suriyanın şimalında PKK və onun yerli qanadı olan “xalq müdafiə qüvvələrinin” bölmələrinə qarşı hava əməliyyatlarının əhatə dairəsini genişləndirə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ankara Suriya və İraqda yerləşən hərbi bazalarının məsuliyyət sahələrini genişləndirməyi planlaşdırır:

“Suriyada hava əməliyyatları hücumu PUA-dan istifadə edilməklə həyata keçiriləcək. Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda da eyni formada fəaliyyət göstərəcək, lazım gələrsə, döyüş təyyarələrindən də istifadə ediləcək. Suriyanın şimalında hava əməliyyatları mütəmadi olacaq. Ankara müxtəlif ssenarilər əsasında bitişik ərazilərdə əməliyyatlar üçün planların hazırlanmasını başa çatdırıb. Prioritetlərdən biri Suriya və İraqla sərhədləri terrorçulardan tam təmizləməkdir. Bu istiqamətdə ilkin hədəf PKK-nın xeyli itki verdiyi Şimali İraqdakı Zap və Suriyanın şimalındakı Təl-Rifat bölgəsində əməliyyat hazırlanır”.