Türkiyə gəmisi Qara dənizdə minaya düşdü

Türkiyə bayrağı altında üzən yük gəmisi Qara dənizdə Rumıniya sahilləri yaxınlığında minaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Sulina limanından 11 dəniz mili məsafəsində minaya düşən yük gəmisi yüngül zədələnib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.