Kadırovun oğlu Çeçenistan qəhrəmanı adına layiq görüldü

Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Çeçenistan qəhrəmanı adına layiq görülüb.


Bakupost.az "Baza"ya xəbər verir ki,istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov bildirib.


“Şübhəsiz ki, hörmətli qardaşımız Adam Ramzanoviç müstəsna bacarıqlı, hərtərəfli təhsilli və məqsədyönlü gəncliyin parlaq nümunəsidir. O, çox gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirib, həmişə öz inkişafı üçün çalışırıb”, - Delimxanov Telegram kanalında yazıb.


Qeyd edək ki, Adam yaxınlarda "Quran"ı yandıran Nikita Juraveli döyüb. Qroznı polisi bu faktla bağlı təhqiqata başlasa da, bu iş tezliklə bağlandı. Buna səbəb kimi Adamın cəmi 15 yaşı olduğu və hadisəyə görə məsuliyyət daşıyan yaşa çatmadığı əsas göstərildi.