Moskvaya dron hücumunun qarşısı alınıb

Rusiyanın İstra şəhərindən Moskvaya doğru hərəkət edən pilotsuz uçuş aparatı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram" kanalında məlumat verib.

Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub.

İlkin məlumata görə, dağıntı və təlafat qeydə alınmayıb.