İsrailə raket zərbəsi: Müğənni Samirə Əfəndi hardadır? 

Azərbaycanın İsraildəki səfirliyi müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır.

APA xəbər verir ki, onların hazırda sığınacaqdakı vəziyyəti diqqətdə saxlanılır.

Xatırladaq ki, dünən İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi bu gün səhər saatlarında HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilib.

Müğənni Samirə Əfəndi də sığınacaqda olması ilə bağlı paylaşım edib.