Armen Qriqoryan ABŞ-yə gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabah ABŞ-yə gedəcək.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, o, bir sıra görüşlər keçirəcək.
A. Qriqoryan ABŞ rəsmiləri ilə ikitərəfli əlaqələri müzakirə edəcək.