Qəzzadan Türkiyə vətəndaşlarının təxliyyəsi davam edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Qəzzadan təxliyə edilən daha 142 Türkiyə vətəndaşı və onların qohumları Misir vasitəsilə İstanbula çatıb.
Qahirə hava limanından havaya qalxan və Rəfah Sərhəd Qapısından keçən Türkiyə vətəndaşlarını Misirə daşıyan Türk Hava Yollarına məxsus təyyarə İstanbul hava limanına enib.
Vətəndaşları hava limanında Xarici İşlər Nazirliyinin nümayəndələri və AFAD rəsmiləri qarşılayıblar.
Pasport yoxlamasından sonra bəzi vətəndaşlar ayrılmış nəqliyyat vasitələri ilə hava limanını tərk ediblər.
Digər əyalətlərə gedənlər isə avtobuslarla AFAD-ın müəyyən etdiyi otellərə yerləşdirilib.
İstanbula gələn vətəndaşları qarşılayan bəzi ailə yaxınları göz yaşlarını saxlaya bilməyib.