Bolqarıstan Prezidenti Ukraynaya zirehli texnikanın tədarükünə veto qoyub


Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya 100 zirehli texnikanın tədarükü ilə bağlı parlamentə ratifikasiya olunmuş sazişə veto qoyub.
APA xəbər verir ki, yerli “Novinite - Sofia News Agency” xəbər agentliyi məlumat yayıb.
Sənəd yenidən müzakirə olunmaq üçün parlamentə qaytarılıb.