Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, İzmir Böyükşəhər Bələdiyyəsi, Bornova Bələdiyyəsi və Ege Universitetinin dəstəyi ilə Yeşilova və Yassıtəpə kurqanlarında aparılan qazıntılarda yeni mövsüm işləri davam edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Yeşilova kurqanında aparılan qazıntılar zamanı İzmirlilərin kənd həyatını, kefini, yemək-içmə mədəniyyətini göstərən 8200 il əvvələ aid emalatxana tapılıb.
Ege Universiteti Ədəbiyyat Fakültəsi Arxeologiya bölümü müəllim və qazıntı rəhbəri Dos. Dr. Zəfər Derin açıqlamalar verib.
Dos. Dr. Derin, "Yeşilova Höyüğündə təxminən 4 aydır işləyirik. İzmirlilərin kənd həyatını, kefini, yemək-içmə mədəniyyətini göstərən bir emalatxana tapdıq. Burada üst-üstə tikilmiş 10 kənd var. Bu kəndlər neolit dövrünə aiddir. Sökülüb yenidən üzərində tikilib" -deyə bildirb.
Emalatxanada daş və sümük alətlər tapdıqlarını bildirən dos. Dr. Derin sözlərinə elavə edib: "Xüsusilə də baltalar və kəsicilər. O günün həyatını əks etdirən çoxlu kasa və saxsı qablar var. Kəndin dənizlə əlaqəsini ortaya qoyan "qırqovul" adlı çoxlu xərçəngkimilərə də rast gəldik. Onların bunları yediyini düşünürük. İzmir Neolit dövründə var olub. Türkiyənin ilk cəmiyyəti bütün həyatı boyu istehsalla məşğul olub və dənizlə əlaqəsini qoruyub".