KİV: Zelenski bəzi ordu komandirləri ilə Zalujnının iştirakı olmadan ünsiyyət qurur

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ordu komandirləri ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnının iştirakı olmadan ünsiyyət qurur.
APA xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri mənbələrinə istinadən yazıb.
Nəşrin sözlərinə görə, bu, Zalujnının bütün orduya komandanlıq etməsinə mane olur.
Zalujnının yaxın çevrəsindən olan bir mənbənin nəşrə dediklərinə əsasən, bəzən belə bir təəssürat yaranır ki, Ukrayna Prezidentinin iki növ ordusu var - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski ilə digər favorit komandirlərin rəhbərlik etdiyi “yaxşı”lar və Zalujnıya tabe olan “qeyri-kafi” qiymətləndirilənlər.
Həmçinin, əlavə olunub ki, bu vəziyyət ordunun Baş Komandanı Valeri Zalujnını xeyli dərəcədə ruhdan salır və ordunun bütövlükdə idarə olunmasına mane olur.