Yuxarı Lars yenidən yük maşınlarının keçidi üçün bağlanıb

Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsi yenidən yük maşınlarının keçidi üçün bağlanıb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN-in Şimali Osetiya üzrə departamenti məlumat yayıb.

Bildirilib ki, sərhəd-keçid məntəqəsinin fəaliyyəti əlverişsiz hava şəraiti ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Aşağı Lars kəndi və Yuxarı Lars məntəqəsindən keçən yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.