Nazir Hakan Fidanın Qəzza diplomatiyası! Kanadanın Baş naziri ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza diplomatiyasını davam etdirir. Nazir Fidan Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb.
Sherg.az xəbər verir ki,  Hakan Fidan Qəzzada müharibənin dayandırılması üçün İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası adından beynəlxalq təşəbbüslər həyata keçirən Təmas Qrupunun üzvü olan həmkarları ilə birlikdə Kanadanın Baş naziri Castin Trüdo tərəfindən qəbul edilib. 
Nümayəndə heyəti Kanadanın xarici işlər naziri Melani Coli ilə də görüşüb.