Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü

Fransanın PSJ klubunun qolkiperi Aleksandr Letelyenin evi qarət edilib.
Axar.az xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə baş verib.
Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki övladı evdə olub.
Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.