Sevastopola PUA hücumu edildi: yaralanan var

Sevastopol üzərində bir neçə PUA vurulub.
Axar.az xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.
"İlkin məlumata görə, artıq bir neçə PUA vurulub. Bütün xidmətlər döyüş vəziyyətinə gətirilib. PUA qalıqlarının yaşayış evinə düşməsi nəticəsində 1 nəfər sakin yaralanıb”, - Razvojayev bildirib.