Stoltenberqi NATO-da onlardan biri əvəz edəcək

Nəhayət, məlum oldu ki, NATO-nun yeni baş katibi olacaq. Yens Stoltenberq bu vəzifədə təxminən 10 il işlədikdən sonra tezliklə təqaüdə çıxacaq, bu müddət ərzində ondan dörd dəfə vəzifədə qalması istənilib.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Döyçe Velle” nəşri yazıb.

Nəşrin məlumatına görə, alyansın yeni rəhbəri olaraq bir neçə şəxsin adı hallanır.

"Hazırda Estoniyanın Baş naziri Kaya Kallas, Latviyanın xarici işlər naziri Krişyanis Karinş və Niderlandın istefaya göndərilən baş naziri Mark Ruttenin adı NATO-nun yeni baş katibi vəzifəsinə namizəd olaraq göstərilir",- məlumatda qeyd olunub.