Fuad Abbasov: Navalni namizəd olsa belə Putinə qalib gəlmək şansı yoxdur

Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Leonid Slutski  Rusiya prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Rusiya Kommunistləri Partiyasının lideri Sergey Malinkoviç də namizədliklə bağlı sənədlərini Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bildirilib ki, Malinkoviçin Rusiya Prezidentliyinə namizədliyinin irəli sürülməsinə dekabrın 28-də partiyanın iclası zamanı qərar verilib.

Sözügedən şəxslərin Putinə qarşı sanslarını "Sherg.az" üçün dəyərləndirən tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov bildirib ki,  Rusiyada ənənəvi partiyalar var ki,  prezident seçkiləri zamanı ə onlar daim prezidentliyə öz namizədlərini təklif edirlər:

"Həmin partiya rəhbərlərinin prezident seçkilərində iştirakları sadəcə olaraq formal xarakter daşıyır. Onlar demokratik seçki süsü yaratmaq üçün namizəd olurlar.  Hazırda Putinin daxili auditoryada reytinqi həqiqətən olduqca yüksəkdir. İstər Slutski  istər Malinkoviçin Putinə rəqib olması çətin məsələdir. Hətta Navalni həbsxanadan çıxıb namizəd olsa belə Putin üzərində qələbə şansı demək olar ki yoxdur".