Rusiya-Ukrayna müharibəsi: Qərbdən gözlənilən kömək - RƏY

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Krasnolimansk istiqamətində dörd hücumunu dəf edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Nəticədə Ukrayna ordusu 690-dan çox hərbi qulluqçu və 42 texnika itirib”, - məlumatda qeyd olunub.

Rusiya Ukrayna müharibəsinin gedişatı ilə bağlı  "Sherg.az" a danışan politoloq Əhəd Məmmədli bildirib ki, hazırda Rusiya daha rahat vəziyyətdədir:

"Əgər əvvəl Rusiya hücum edir və Ukrayna müdafiə olunurdusa, indi tamamilə əksi müşahidə olunur. Rusiya öz müdafiə səddini uğurlu şəkildə qurub. Ukrayna Rusiya aslılığından xilas olmaq üçün özünü Qərbdən asılı vəziyyətə saldı. İndi onlar Qərbdən gələn köməyi gözləyirlər. Onun sayəsində müharibəni davam etdirirlər. Gedişata baxdıqda Ukrayna üçün yaxın gələcəkdə uğur uzaq görsənir".