HƏMAS-ın qurucusunun nəvəsi Qəzzada öldürüldü

HƏMAS-ın mənəvi lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu Aca Qəzza zolağının bombalanması nəticəsində ölüb.
Axar.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
Bildirilib ki, Əli Əbu Aca jurnalist olaraq fəaliyyət göstərirmiş.
Qeyd edək ki, Əhməd Yasin HƏMAS-ın qurucularındandır. O, 1937-ci il yanvarın 1-də Əl-Curada anadan olub. 2004-cü il martın 22-də Qəzza zolağında 67 yaşında İsrail hərbçiləri tərəfindən öldürülüb.