İngiltərədə soyuq hava xəbərdarlığı: Həftələrlə davam edəcək..

Şimal qütbündən gələn soyuq dalğa bu gündən etibarən İngiltərədə həftə boyu təsirli olacaq.
"Sherg.az" xəbər verir ki, Met Officeyə Şotlandiya, Şimali İrlandiya, İngiltərənin şimalı və Uelsin şimalı üçün buz və qarla bağlı xəbərdarlıq edib.
Şimaldan əsməyə davam edən küləklər səbəbindən Böyük Britaniyanın əksər hissəsində temperaturun şaxta səviyyəsindən aşağı qalacağı gözlənilir.
İngiltərənin və Şotlandiyanın şimal-qərbində səyahətdə fasilələr yarana bilər.
Milli Avtomobil Yolları Agentliyi İngiltərənin şimal-qərbi üçün şiddətli hava xəbərdarlığı edib və bildirib ki, qar çərşənbə axşamı səhər saat 5-dən etibarən yolları təhlükəli edə bilər.
Şotlandiyaya da təxminən 20 sm qalınlığında qar yağacağı gözlənilir ki, bu da səyahətlərin pozulmasına səbəb olacaq. Bu səbəbdən sürücülərdən diqqətli olmaları xahiş olunub.
Milli Dəmir Yolları Müdirliyi (Milli Dəmir Yolları) da həftə ərzində nəqliyyatda fasilələr ola biləcəyi barədə xəbərdarlıq edib.
Meteorologiyadan bildirilib ki, havanın temperaturu mövsümi normadan 5-6 dərəcə aşağı olacaq.
Şimali İrlandiya və İngiltərənin şimalında bəzi yüksək ərazilərdə güclü qar yağacağı gözlənilir . Lakin sulu qar və yağışın hər iki bölgədə təsirli olacağı düşünülür.