36 nəfəri öldürən yanğın törədən şəxs edam cəzasına məhkum edilib


2019-cu ildə Yaponiyada animasiya studiyasını yandıraraq 36 nəfərin ölümünə səbəb olan 45 yaşlı Aoba Şinciyə ölüm cəzası verilib.

Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, Kyoto regional məhkəməsində keçirilən iclasda prokurorlar ölüm hökmü tələblərini təzələyib, müdafiə tərəfinin vəkilləri isə müvəkkillərinin həmin vaxt psixi problemləri olduğunu iddia edərək, bəraət və ya yüngül cəza istəyiblər.


Məhkəmə vəkillərin tələblərini rədd edərək, Aoba Şinci haqqında ölüm hökmü çıxarıb.

Ölüm cəzasına məhkum edilən Aoba Şinji 2019-cu ildə studiyaya daxil olaraq benzin tökərək studiyanı yandırıb. Yanğın zamanı 36 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.

Şinçi adam öldürmə, adam öldürməyə cəhd və yandırma da daxil olmaqla  5 ayrı-ayrı ittihamlarla mühakimə olunurdu. Yaponiya ABŞ ilə birlikdə ölüm hökmünün tətbiq olunduğu azsaylı inkişaf etmiş ölkələrdən biridir.

İnsan haqları təşkilatları və Avropa İttifaqı ölüm hökmünün ləğvinə çağırsa da, Yaponiyada aparılan sorğular insanların əksəriyyətinin ölüm hökmünü dəstəklədiyini göstərir.