Von der Leyen yenidən Avropa Komissiyasının prezidentliyinə namizəd olacaq

Avropa Komissiyasının rəhbəri vəzifəsinə Ursula von der Leyenin namizədliyi irəli sürüləcək.
APA xəbər verir ki, bu barədə Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber məlumat verib.
Veber qeyd edib ki, Avropa Xalq Partiyası Ursula von der Leyeni 2024-2029-cu illər üçün Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürəcək.