Putin Donetsk və Luqanskda obyektlərin açılışını etdi

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Donetsk, Mariupol və Luqanskda yeni sosial obyektlərin açılışını edib.

Axar.az xəbər verir ki, "yeni regionlar"ın sosial-iqtisadi inkişafı proqramında 32 idarə, 26 dövlət şirkəti, Rusiyanın 82 regionu iştirak edəcək.

Məlumata görə, "yeni ərazilər"in sosial-iqtisadi inkişafı üçün 282 tədbirlər proqramı hazırlanıb, bütün mənbələrdən maliyyələşmənin ümumi həcmi 4,4 trilyon rubl təşkil edəcək.

Putin Donbas və Novorossiyanın bərpası üçün 4 trilyondan çox rublun səmərəli şəkildə yatırılmalı olduğunu bildirib.