Səfir: Aİ Ermənistana özünümüdafiə xarakterli silah-sursat verməyə hazırdır

“Avropa İttifaqı Ermənistana özünümüdafiə xarakterli silah-sursat verməyə hazırdır”.
APA-nın News.am-a istinadən xəbərinə görə, bunu Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqos ölkə parlamentində çıxışında bildirib.
Onun sözlərinə görə, “Avropa Sülh Mexanizmi” adlı strategiya çərçivəsində göndəriləcək hərbi yardım paketi Ermənistan ordusunun mövcud potensialını gücləndirməyə xidmət edəcək.