Qriqoryan İsveç, Finlandiya və Litvada görüşlər keçirəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti İsveç, Finlandiya və Litvanın paytaxtlarında işgüzar görüşlər keçirəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərarı aprelin 4-də Baş nazir Nikol Paşinyan imzalayıb.

Armen Qriqoryan aprelin 7-8-də Stokholma, 8-10-da Helsinkiyə, 10-12-də isə Vilnüsə səfər edəcək.