Daha iki ölkə İran səfirini XİN-ə çağırdı

İranın Praqadakı səfiri Seyid Məcid Qafiləbaş Çexiya XİN-ə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.

Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə əlaqədardır.

***

İran səfiri Belçika Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Belçika XİN məlumat yayıb.

“Belçika İran İslam Respublikasının səfirini çağırır və İranın İsrailə hücumunu kəskin şəkildə pisləyir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir çox Avropa ölkəsi İrana eyni səbəbdən etirazını bildirib.