ABŞ ordusunu bu ölkədən çıxarır

ABŞ Nigerdən qoşunlarını çıxarmağa razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamentindəki rəsmi mənbə “CBS Nyus”a təsdiqləyib.

Qeyd edilib ki, Nigerdə 1000-ə yaxın Amerika əsgəri var. Aqadez şəhərində ABŞ-ın böyük aviabazası yerləşir və buradan müşahidə uçuşları və digər əməliyyatlar üçün istifadə olunur. ABŞ həmçinin 2013-cü ildə ölkədə əməliyyatlar başlayandan bəri Niger ordusunun təliminə yüz milyonlarla dollar xərcləyib.

Lakin Niger və Qərb ölkələri arasında münasibətlər keçən iyulda əsgərlərin ölkə prezidentinə qarşı üsyan etməsindən sonra pisləşib.