İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verib

İsrailin hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva istefa verib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilib.
“Hərbi kəşfiyyat idarəsinin rəisi, general-mayor Aharon Haliva qərargah rəisi ilə razılaşaraq, kəşfiyyat idarəsinin rəisi vəzifəsində oktyabrın 7-də baş vermiş hadisələrə görə məsuliyyət daşıdığı üçün istefa verib”, - məlumatda deyilib.