Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər

2028-ci ildə UEFA Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib

O, sözügedən qarşılaşmanın təşkilatçılığı ilə bağlı müraciət etməyi planlaşdırdıqlarını bildirib:

“Tiflisdə futbol və reqbi yarışları üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion tikiləcək. Həmin arena müasir standartlara cavab verəcək”.