Ukrayna XİN Kobaxidzeni bu sözünə görə tənqid etdi

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Ukraynadakı vəziyyətlə bağlı dediklərinə görə tənqid edib.

Axar.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin saytında yayımlayan məlumatda deyilir.

“Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin son qeyri-dost bəyanatlarını və onun Ukraynada baş verən hadisələrə təhrif olunmuş qiymətləndirmələrini pisləyir. Kiyev digər məsələlərlə yanaşı, Kobaxidzenin Ukrayna və Maydan hadisələri ilə bağlı dediklərini qəbuledilməz hesab edir”, - deyə bildirilib.

Qeyd edək ki, Kobaxidze bildirmişdi ki, Gürcüstanda “Maydan” hadisələri baş verməyəcək, çünki ölkənin maraqlarını müdafiə etmək məsuliyyətini hakimiyyət öz üzərinə götürür.