Qalibaf vəd verdi: Onları ölkədən çıxarıb, divar hörəcəm!

Əcnəbilər, xüsusilə əfqanıstanlı qaçqınlar ölkədən çıxarılacaq, şərq sərhədlərində divar çəkiləcək.

Axar.az xəbər verir ki, bunu İran Parlamentinin spikeri, prezidentliyə namizəd Məhəmməd Bagir Qalibaf deyib.

O bildirib ki, prezident seçiləcəyi təqdirdə qeyd olunan məsələlərin yerinə yetirilməsi üçün çalışılacaq:

“Əfqanıstanla sərhəddə divar çəkilməsi üçün isə indidən büdcə nəzərə alınıb”.

Qeyd edək ki, İranda təxminən 3.5 milyon əfqanıstanlı yaşayır. 2021-ci ildən Talibanla İran hökuməti arasında başlayan gərginlik səbəbindən əfqanıstanlı qaçqınlara qarşı təzyiqlər daha da artıb, onların ölkədən çıxarılması prosesi sürətləndirilib.