İrəvanda parlamentin qarşısında 40-dan çox etirazçı saxlanılıb

Ermənistan polisi “Vətən uğrunda Tavuş” hərəkatının parlament binasının qarşısındakı aksiyasına toplaşanları saxlamağa başlayıb.

APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, Daxili İşlər Nazirliyi 42 nəfərin saxlanıldığını açıqlayıb.

Onlar polisin qanuni tələblərinə tabe olmamaqda təqsirləndirilir.