Rusiyaya zərbə üçün bu tarixdə Ukraynaya izn veriləcək

Rusiya Federasiyası ərazisində Qərbin uzaqmənzilli silahlarının tətbiqi ilə bağlı müsbət qərar veriləcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib.

“Bu qərar bir neçə mərhələdə baş verəcək, artıq bu yay biz Qərb silahlarının istifadəsində müsbət dəyişikliklər gördük. Rusiya ərazisində tətbiq edilən Qərb silahlarının siyahısı genişləndirilir və ən yaxşı halda, 2024-cü ilin sonuna qədər uzaqmənzilli silahlarla bağlı müsbət qərar alacağıq", - A.Kovalenko qeyd edib.