Moskvaya kütləvi PUA hücumu edildi

Bu gecə Rusiyaya kütləvi PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gecə ərzində Moskva üzərində 11, Bryansk vilayətində 23, Belqorodda 6, Kaluqada 3, Kurskda 2 PUA-nın vurulduğu bildirilib.