Analitik: ABŞ-dəki seçkilərinin nəticələri bütün dünyaya təsir göstərəcək

ABŞ Prezidenti Co Baydenin Ağ Evi ilə Kamala Harrisin komandası arasında münasibətlər seçkiyə son həftələr qalmış gərginləşib. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. O söyləyib ki, hazırkı prezidentin komandası Harrisin noyabr seçkilərində qalib gəlməsini istəyir, lakin Baydenin bir çox köməkçisi prezidentin yenidən seçilməkdən imtina etməsini qəbul edə bilmir. Qeyd olunur ki, Ağ Ev Baydenin iş qrafikini və vitse-prezidentin kampaniyası üçün çıxışlarını kifayət qədər koordinasiya etmir.

Siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatlarındakı prezident seçkiləri gərgin mübarizə şəraitində keçir:

“Demək olar ki, həmin prezident seçkiləri bütün dünyada izlənilir. Çünki Amerikadakı prezident seçkilərinin nəticələri bütün dünyaya təsir göstərəcək. Digər tərəfdən prezident seçkilərinin vaxtı yaxınlaşdıqca daha da gərgin situasiyaya girməsi mümkündür. Təbii ki, hər bir namizədin biri-birindən üstün və çatışmayan cəhətləri var. Hansı namizəd daha yaxşı seçi kampaniyası aparacaqsa, onub qalib gəlmək şansı çox olacaq. İndiki halda kimin qalib gəlməsini demək çox çətindir. Amerika çox böyük, qəliz və dinamik qaydaları reallaşdıra bilən ölkədir”.