
ABŞ-nin regiondakı maraqları Azərbaycanla əməkdaşlıq qurmasını vacib edib -ANALİZ
Yusif Nəzərli
08:43 16.04.2025
Siyasət
392
Dünyada baş verən siyasi dəyişikliklər ölkələr arasında münasibətlərə də təsir göstərir. Xüsusilə ABŞ-da Respublikaçıların hakimiyyətə gəlməsi onun xarici siyasətinə də yeni yanaşmalar gətirib. Donald Trampın yenidən hakimiyyətə qayıtması ABŞ-nin Cənubi Qafqaz siyasətində də dəyişikliklərə səbəb olub.
Onun Azərbaycanla bağlı fikirləri, Prezident İlham Əliyevə ünvanladığı məktub və Azərbaycanın bölgədəki rolu münasibətlərin yenidən inkişaf etməsinə zəmin yaradıb. Tramp administrasiyasının regiona baxışı və Azərbaycanla əməkdaşlıq məsələsinə yanaşması bu istiqamətdə yeni perspektivlər vəd edir.
Sherg.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə ABŞ-Azərbaycan münasibətləri, iki ölkə arasında mümkün əməkdaşlıq sahələri və perspektivlərdən danışıb:

"Respublikaçılar Ağ evə gələndə Azərbaycanla olan münasibətlərə xüsusi önəm verirlər. Donald Tramp da Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcəyini vurğuladı. Azərbaycan prezidenti ilə işləyəcəyinin də mesajını verdi. Bu məktubdan da görünür ki, Donald Trampın ümumi Qafqaza baxışı loyaldır və Azərbaycanla əməkdaşlığa açıqdır.
Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət, regional gücə çevrilməsi, eləcə də İsraillə strateji tərəfdaşlığı Tramp yüksək qiymətləndirir. Bu baxımdan düşünürəm ki, ABŞ və Azərbaycan arasında, Bayden administrasiyası dövründə müşahidə olunan gərginliklər Tramp dövründə yaşanmayacaq".
Ekspert ABŞ-nin bu dəfə insan haqları, demokratiya və digər daxili məsələləri bəhanə edərək Azərbaycana təzyiq göstərməyəcəyini bildirib:
"ABŞ eyni zamanda Ermənistanı hərbi və siyasi baxımdan dəstəkləmək siyasəti də aparmayacaq. Sülhün əldə olunması üçün daha obyektiv və balanslı mövqe nümayiş etdirəcək.
Azərbaycan da öz növbəsində ABŞ ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və əlaqələrin yüksək səviyyədə olması üçün çalışır. Bu siyasət gələcəkdə də davam etdiriləcək.
Nəticə etibarilə, ABŞ və Azərbaycan arasında münasibətlərdə ciddi problemlər yaşanmayacaq. Enerji, iqtisadiyyat və təhlükəsizlik sahələrində də əməkdaşlıq davam edəcək.
Yeni dünya siyasi nizamı formalaşarkən, Azərbaycanın regiondakı strateji rolu ABŞ-nin də diqqətini çəkir. Mərkəzi Asiyaya açılım siyasəti və ABŞ-nin regiondakı maraqları Trampın Azərbaycanla əməkdaşlıq qurmasını daha da vacib edib".
Politoloq ABŞ-Azərbaycan əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm