
Sui-istifadə halları artıb: Qiyməti taksi şirkətlərinin və sürücülərin vicdanına buraxıblar
Yusif Nəzərli
10:20 16.04.2025
Cəmiyyət
450
Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub.
Teleqraf xəbər verir ki, adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir.
Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi.
Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb.
Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, qanunda bununla bağlı heç bir izahat işi yoxdur:

“Yeni qaydalara əsasən taksidə yalnız qiymətin aşağı həddi müəyyənləşib. Yəni 2 manat 50 qəpikdən aşağı qiymət ola bilməz. Yuxarı həddi isə açıq qalıb. Hətta yuxarı hədd qiymətini isə taksi şirkətlərinin və sürücülərin vicdanına buraxıblar ki, bu məsələni mövcud qaydalar, şərtlər çərçivəsində tənzimləsinlər və həll etsinlər. Bu zaman isə qarlı, yağışlı havalarda sui istifadə halları görünür. Çox təəssüf burada da qanunla hər hansı bir addım atmaq imkanı yoxdur. Çünki məsələqanunda əksini tapmayıb. Bunların izahı qanunda olsa, o zaman belə hallarda baş verməzdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm