
Mərkəzi Bank bunları nəzərə alaraq məzənnə siyasətini həyata keçirib -Parlamentari
Yusif Nəzərli
10:55 16.04.2025
İqtisadiyyat
422
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Bu barədə Maliyyə Nazirliyi xəbər verib.
Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olaraq müəyyənləşir:

“Təbii ki, Mərkəzi Bank növbəti dövrlərdə də manatın məzənnəsinin müəyyənləşdirilməsində həlledici mövqeyini qoruyub saxlayacaq. Amma manatın məzənnəsinə təsir göstərən amillər sırasında neftin dünya bazar qiyməti əsas faktorlardan biridir. Belə ki, neftin dünya bazar qiymətindəki dəyişiklikləri nəticə etibarilə ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir. Mərkəzi Bankda tədiyyə balansındakı vəziyyət, eləcə də neftin dünya bazar qiymətinin dəyişməsini nəzərə alaraq məzənnə siyasətini həyata keçirib. Bu baxımdan da növbəti dövrdə neftin bazar qiyməti bütövlükdə ölkəyə daxil olan valyutanın həcminə təsir göstərdiyi üçün gözlənilir ki, bu, məzənnə siyasətində də nəzərə alınan əsas faktorlardan biri olaraq qalacaq. Amma Mərkəzi Bankın mövqeyi həlledicidir. Mərkəzi Bankın qərarlarından asılı olaraq məzənnə siyasəti həyata keçirilib. Növbəti dövrdə də Mərkəzi Bank manatın dollara nisbətən məzənnəsinin müəyyənləşdirilməsindəki mövqeyini qoruyub saxlayacaq. Mərkəzi Bankın məzənnə siyasəti ilə bağlı açıqlamalar da ondan xəbər verir ki, tədiyyə balansının vəziyyəti və eyni zamanda, ölkəyə daxil olan valyutanın həcmi Mərkəzi Bankın qərarlarına təsir göstərən əsas faktorları olaraq qalmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm