
Tehranın manevr imkanları azalıb: İran Vaşinqtonla danışıqlara getməyə məcburdur
Yusif Nəzərli
11:33 16.04.2025
Siyasət
362
İran razılaşması yalnız “Trampın razılaşması” olduğu təqdirdə tamamlanacaq.
Bu sözləri ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff sosial şəbəkədə qeyd edib.
“İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və firavanlıq üçün çərçivə yaratmalıdır - bu o deməkdir ki, İran nüvə zənginləşdirməsi və nüvə silahı proqramlarını dayandırmalı və ləğv etməlidir. Zamanın sınağına tab gətirəcək sərt, ədalətli bir razılaşma əldə etməyimiz dünya üçün vacibdir və Prezident Trampın məndən tələb etdiyi də budur", - o bildirib.
Qeyd edək ki, 12 apreldə ABŞ və İran rəsmiləri arasında Omanda dolayı danışıqlar baş tutub. Danışıqların 19 apreldə davam etməsi razılaşdırılıb.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, ABŞ-nin İrana qarşı təzyiqlərini getdikcə artıracağı gözləniləndir. Stiven Uitkoffun açıqlaması bunu bir daha təsdiq edir:

"Bu o deməkdir ki, Tramp İrana qarşı sərt ritorikasından geri çəkilməyəcək. Həmçinin maksimum çalışacaq ki, İranı daha çox kompromisə məcbur etsin. Beləliklə də ABŞ-nin müdafiə etdiyi maraqlar təmin olunsun. Eyni zamanda İranın daxilində 2 ziddiyyətli fikir var. Bir tərəf SEPAH-ın daxilində mövcud olan radikal mühafizəkar qrupların yürütdüyü hazırkı strategiyanın davam etdirilməsindən yanadır. Onlar bunun qorunması üçün hətta Ali dini liderə də təsir imkanlarına sahibdirlər. Digər tərəfdən islahat qanadı var ki, bu da Pezeşkianın timsalında müşahidə olunur. İran Prezidenti çalışır ki, burada islahatlar həyata keçirilsin. Nəticədə ABŞ daxil olmaqla, region dövlətləri ilə münasibətlər normallaşdırılsın. Ziddiyyətli məqamların olması o deməkdir ki, ABŞ ilə İran arasında danışıqlar prosesi zaman alacaq. İranın Yaxın Şərqdəki mövqelərinə ciddi zərbə dəyməsi, iqtisadi problemlərin artması bu dövlətin uzun müddət Vaşinqtonun təzyiqinə davam gətirə bilməyəcəyini sübut edir. Xüsusilə ABŞ-Rusiya əlaqələrinin normallaşması fonunda İranın diplomatik manevr imkanlarının azaldığını söyləmək mümkündür".
Politoloq qeyd edib ki, ümumiyyətlə İran Vaşinqtonla danışıqlara getməyə məcburdur:
"Həmçinin hazırda Vaşinqton ümumiyyətlə İranda və müxtəlif bölgələrdə müharibəyə girməkdə maraq deyil. Çünki bu, Tramp administrasiyasının maraqlarına zərbə vura bilər. Ona görə ki, neftin qiymətləri arta bilər. Bu isə ABŞ üçün arzuolunan hesab edilmir. Üstəlik, daxildə Trampa qarşı etimadsızlıq qaçınılmaz olar. Bu o demək deyil ki, Ağ Evin sahibi istəklərindən əl çəkəcək. İranın durumu ortadadır. ABŞ bu ölkənin qanunsuz ticarətinə zərbə vurarsa, İran iqtisadi böhrana sürüklənəcək və etiraz dalğası yaranacaq. Ümumiyyətlə İranın vurulması nəzəri cəhətdən mümkündür. Bu baş verərsə, nəinki Tehran, o cümlədən bölgə böyük fəlakətə sürüklənəcək. Bütün bunlarla yanaşı dünya iqtisadiyyatında problemlər yarana bilər. Vaşinqton və Tehran arasındakı danışıqlarda müəyyən irəliləyişlər ehtimal olunandır. Məhz İran üçün də ən doğru yol budur".
Əli Zülfüqaroğlu vurğulayıb ki, başda Rusiya olmaqla, İrana yaxın ölkələr də bu dövlətin ABŞ-a qarşı müharibəsinə dəstək verməyəcək:
"Odur ki, Tehran çox ciddi problemlərlə üzləşə bilər. Bu mənada iki ölkə arasındakı danışıqların müəyyən zaman kəsiyində müsbət nəticələnməsi ehtimalı yüksəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm