Türkiyə XİN rəhbəri: İstanbul görüşü diplomatik həll yolunda dönüş nöqtəsidir

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşü yeni mərhələnin başlanğıcıdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvəsi çərçivəsində keçirilən TDT xarici işlər nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

Hakan Fidan qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində diplomatik həll yolunda əhəmiyyətli dönüş yaranıb.

"Bu görüş, münaqişənin həlli istiqamətində yeni qapılar açır", – nazir vurğulayıb.