Müşfiq Ələsgərli: "Media platforması Türk Dövlətlər Təşkilatının əsas strategiyasına çevrilib"
Yusif Nəzərli
03:33 02.10.2025
Media
585
Bir millət, yeddi dövlət və bir media platforması
"Azərbaycan-Türkiyə Media Platforması 2021-ci ilin dekabr ayında İstanbulda qurulub. Platforma ilkin mərhələdə Türkiyə və Azərbaycan media subyektlərini əhatə etsə də, perspektivdə Qırğızıstan, Qazaxıstan, Özbəkistan media qurumlarının da buraya cəlb edilməsi potensialı baxımından Türk Dövlətlər Təşkilatının əsas strategiyasına çevrilib".
Bunu Sherg.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
Ekspert bildirib ki, Media Platformasının qurulması TDT çərçivəsində vahid informasiya məkanının formalaşdırılması baxımından strateji əhəmiyyətə malikdir:
"Bu, bir tərəfdən qlobal miqyasda artmaqda olan dezinformasiya və saxta xəbərlə mübarizədə türk dövlətlərinin imkanlarını gücləndirir. Digər tərəfdən ortaq tarixi, mədəni və siyasi kimliyin təbliği üçün effektiv vasitəyə çevrilir. TDT-yə üzv dövlətlərin rəsmi və özəl media qurumları arasında əməkdaşlığın təmin edilməsi, informasiya axınının sürətləndirilməsi bu model üzrə xəbər gündəmin daha obyektiv təqdim edilməsinə şərait yaradır. Bununla yanaşı, müştərək təlimlər, seminarlar, konfranslar və forumların keçirilməsi eyni soydan olan yüzlərlə jurnalistə və media subyektinə ortaq təcrübə qazandırır. Statistik məlumatlara görə, son iki il ərzində TDT çərçivəsində 200-dən artıq media qurumu müştərək seminar, təlim, konfrans və forumlarda iştirak ediblər".
M.Ələsgərli vurğulayıb ki, nəticə etibarilə, TDT media platformasının qurulması və inkişaf etdirilməsi strateji informasiya təhlükəsizliyinin təmin edilməsi, milli dövlətlərin müdafiəsi, türk dünyasının beynəlxalq informasiya məkanında daha güclü təmsilçiliyi üçün əvəzsiz rol oynaya bilər: "Qlobal informasiya məkanında türk dövlətlərinin mövqeyinin gücləndirilməsinə yardım edər. Azərbaycan-Türkiyə media platforması bu kontekstdə çox gözəl nümunə yaradıb. Fikrimcə, Azərbaycan-Özbəkistan Media Forumunun keçirilməsi, onun çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunun müzakirəyə çıxarılması yuxarıda təsvir etdiyim məqsədlərə xidmət edir. Bu, bir tərəfdən Azərbaycan və Özbəkistan media qurumlarının əməkdaşlıq imkanlarını, təcrübi bacarıqlarını artırırsa, digər tərəfdən ümumilikdə Türk Dövlətlər Təşkilatı platformasının imkanlarını genişləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual